Yazıçılar niyə Azərbaycandan gedir? SORĞU
Tarix: 23.11.2013 | Saat: 12:51:00 | E-mail | Çapa göndər

Tanınmış publisist, şair Murad Köhnəqalanın mühacirət etməyi gündəmin mövzusuna çevrilib. Onun siyasi sığınacaq almaq üçün İsveçrəyə getdiyi bildirilir.
Şairin dostu Şəlalə Göytürk isə mətbuata açıqlamasında bu xəbərin onun üçün gözlənilməz olmadığını bildirib: “...Dindar kəsim onu "kafir" deyə lənətləyirdi, ailəsində onu başa düşmürdülər. Yaxın dostu Əlövsət Osmanlının ölümündən sonra çox sarsılmışdı. Deyirdi, Rafiq Tağını öldürdülər, Əlövsəti öldürdülər, indi də növbə mənimdir...”.

Bəs bu qədər düşünən beynin ölkədən getməyində dini təzyiq nə dərəcədə rol oynayır? Hafta.az bu sualla bir neçə qələm sahibinə müraciət edib. Cavabları sizə olduğu kimi təqdim edirik:

Yazıçı Seymur Baycan:
“Ümumiyyətlə, qələm adamının, yaradıcı insanın öz vətənini tərk etməsi çox kədərli haldır. Bu, bizim vətəndaşları düşündürməlidir. Niyə bu adam gedir, niyə bizim aramızda yaşamır?! Bəzi insanlar buna sevinir, amma başa düşə bilmirlər ki, gedənlər müəyyən həyat təcrübəsi olan savadlı insanlardır. Avropa gözəl bir quruluş yaradıb, şərq ölkələrindən olan əksər insanlar orada yaşayırlar, onlar da həmin insanları qazanmış olurlar. Ağalar Məmmədov, Əli Əkbər, Murad Köhnəqala. Görün nə qədər adam gedib. Əslində bizim həmin adamlara ehtiyacımız var, onların qoyduğu boşluğu kimin dolduracağı böyük sual altındadır.

Təbii ki, yazıçılara dini təhlükə də olur. Bir dəfə dostum mənə dedi ki, bəy, şəhərdə qorxa-qorxa gəzirsən. Mən də cavab verdim ki, qorxulu insanların içində yaşayırıq, necə qorxmayım ki?! Şərq təfəkkürü ilə Qərbdə yaşamaq mümkündür, amma Qərb təfəkkürü ilə Şərqdə yaşamaq olmur. Qürbətdə yaşamaq ağır imtahandır, olduqca çətindir. Hər halda, gedənlərin heç biri keflərindən getməyiblər, mütləq bir problem var”.

Şair Qismət Rüstəmov:
“Özümə qarşı belə bir dini təhlükə hiss eləməmişəm. Amma ədəbiyyat kontekstində müxtəlif müzakirələr, mübahisələr olur. Hətta oxucu səviyyəsində bəzən təhqiramiz sözlər də yazırlar. Amma həyati təhlükə törədəcək, ölkədən qaçıb getməyə məcbur edəcək bir təhdid şəxsən məndə olmayıb. Amma istisna deyil ki, həddindən artıq sərt yazan dostlarımıza qarşı belə təhdidlər olub. Təbii ki, Rafiq Tağının ölümündən sonra ictimaiyyətdə belə bir narahatlıq yarandı. Onun ölümünün arxa planında dini tənqid elədiyi yazılar göstərilir. Lakin Rafiq Tağı nümunəsi bunu deməyə əsas vermir ki, dinin əleyhinə yazan hər kəsi bu və ya digər formada eyni aqibət gözləyir. Çünki heç həmin ölüm hadisəsinin hüquqi tərəfi tam araşdırılmayıb. Buna görə də konkret cavab vermək çətindir. Muradın getməyi də individual, şəxsi seçimdir”.

Yazar Aqşin Yenisey:
“Düzdür dini təhdidlər olur, amma ciddi səviyyədə yox. İnsanların dini inancına toxunanda onlar buna təbii ki, əks reaksiya verirlər. Amma mühacirət edənlər yalnız dini yazılarına görə ölkədən qaçırlar desək, bu yalnış olar. Bu boyda məsuliyyəti boynuma götürüb deyə bilmərəm ki, insanları onlar ölkədən dindarlar qovurlar. Əgər Murad dini təhdidlər ucbatından ölkədən qaçıbsa, bunu açıq şəkildə etiraf eləməlidir ki, mənə filan təzyiqlər olub, bu yazılarıma reaksiyalar gəldi. Və mən bunun ucbatından qaçdım ölkədən. Amma heç kim bilmir ki, Murad niyə gedib. Məsələn, radikal saytlarda məni adi bir yazıma görə ölümlə hədələyirlər ki, səni harada tutsaq öldürəcəyik. Çünki dindarlar yazıları oxumurlar, onlar sadəcə ağızdan-ağıza eşitdikləri sözlərə görə, elə bilirlər ki, kimsə Peyğəmbəri təhqir edib. Onları çağırıb izah edəndə, cəmiyyət qarşısında fikir bildirəndə insanlar başa düşür ki, məsələ nə yerdədir. İndi kimsə şəxsi maraqları ucbatından Avropanın hansısa ölkəsinə sığınırsa, bunun günahının bütün yükünü yazıq dindarların üzərinə yıxmaq olmaz. Danılmazdır ki, dini zümrə yazılarımıza görə bizi daim nəzarətdə saxlayır. Heç kim zəmanət vermir ki, mən bu gün yazdığım yazıya görə hansısa məclisdə dindarların təzyiqinə məruz qalmayacağam. Amma o dərəcədə deyil ki, başını götürüb qaçasan”.

Nərminə Vəliyeva, Hafta.az



 

Bölməyə aid digər xəbərlər

18.04.2014
QMİ-də halal qida məsələsində israrlıdır
18.04.2014
Cəbhədə vəziyyət gərgin olaraq qalır
17.04.2014
Avropa Azərbaycanla bağlı ikili siyasət yürüdür
17.04.2014
Holi – yaxşının pislər üzərində qələbəsi FOTO
17.04.2014
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub


Şərh əlavə olunmayıb

"Hafta.Az"dan

18 APREL
23:00 Qafqaz Universitetində Gənc Tədqiqatçıların konfransı keçirilir
22:30 Ağacların qiymətləndirilməsi necə aparılır?
22:00 QMİ-də halal qida məsələsində israrlıdır
21:30 Suraxanıdakı asfalt zavodu sakinləri narazı salıb
21:00 Başlıbel faciəsindən 21 il ötür
20:30 Əhalinin layiqli iş yerləri ilə təminatı əsas şərtdir
20:00 Ermənistanda hökumət dağılır
19:30 Həftənin “kişisi”
19:00 İnternet reklamının gələcək perspektivləri
18:55 Yevlaxda sahibkarlar üçün treninq keçirilib
18:35 Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək
18:20 Nazirlik vətəndaşları diqqətli olmağa çağırır
18:06 Azərbaycanın velosiped komandasının üzvü Fransada təltif edildi
17:54 Adnan Oktarın əsl missiyası nədir? - GİZLİ MƏKTUB
17:46 Asim Mollazadə: “Azərbaycanın hüquqları illərdir pozulur”
17:37 Cavid Qurbanov: “Prezident hansı küncə qoysa, orada da duracağam” MÜSAHİBƏ
17:30 Azərbaycanlı musiqiçi “Armageddon” komandanı ilə görüşdü FOTO
17:20 Nazir vətəndaşlarla görüşüb - FOTO
17:17 Prezident ailəsinin yeni FOTOSU
17:10 “Könül” körpələr evi təmirə bağlanır - FOTO
16:59 Gəmi qəzası ilə bağlı yeni İDDİA
16:50 “Şanxay” qəsəbəsi söküləcək - RƏSMİ
16:41 “Günəşli“ yatağında yeni quyu istismara verilib
16:36 Çində yeni növ ilan tapılıb
16:30 “Bakcell” rouminq qiymətlərini yarıdan çox endirdi
16:23 İngiltərənin baş nazirinə meduza HÜCUM EDİB
16:16 Müğənni Natavan Həbibi deyilənlərə aydınlıq gətirdi
16:09 İlham Əliyev Koreya prezidentinə başsağlığı verib
16:00 “Neftçi” 8 min manat cərimələndi
15:53 Əsəd yenidən prezident seçilmək İDDİASINDA
15:43 Qəbələ RLS-in avadanlıqlarının Ermənistana aparılması təhlükədirmi? - ŞƏRH
15:32 Bakı 2015 Oyunları Akademiyası öz işinə başlayıb
15:23 Aslan adamı yedi – VİDEO
15:16 Qızlar orduda - FOTO
15:16 Moldovanın sabiq Prezidenti Nizami Gəncəvinin aforizmlərini beş dilə tərcümə edib
15:09 Rusiyanın ən varlı adamları arasında ermənilər də var – SİYAHI
14:59 Sofia Vergara yenə gündəmdə - FOTO
14:56 Cənubi Koreyada batan gəmi ilə bağlı ilginc görüntülər – FOTO
14:51 Təxribatçı reklamlar – FOTO
14:43 Azərbaycanda səslə idarə olunan mini kompüterlər yaradılır
14:42 “Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı“ keçirilir
14:35 AMEA-nın 99 yaşlı alimi çıxış etdi
14:27 İki siyasətçi arasında yeni MƏHKƏMƏ DAVASI
14:20 “Yol polisinin sui-istifadə hallarına yol verilməsinə şərait yaradacaq” - MİLLƏT VƏKİLİ
14:09 ABŞ yığması Azərbaycanla oyuna necə hazırlaşır
14:00 “Ukrayna hökuməti istefa versə, geri çəkilərik” - SEPARATÇILAR
13:53 Premyer Liqada cəmi 1 oyun
13:43 Ərdoğan da “selfie” çəkdirir - FOTO
13:41 Polislərin sürücünü təqib etməsinə İCAZƏ VERİLDİ
13:32 Abel Məhərrəmov Maliyyə Nazirliyindən ŞİKAYƏTLƏNDİ
13:24 Sürücülər 500 manat cərimə olunacaq
13:16 Parlamentdə məmurların büdcəyə 2 milyon manat ziyan vurmasından DANIŞILDI
bütün xəbərlər

Ən çox oxunanlar

1 Roma Papasının “Selfie”ləri – FOTO
2 Nurçuların yazılmayan QANUNLARI
3 Erməni ordusunda azərbaycanlı əsgər?
4 “Biz şiə namazı qıla bilmərik“ – “Ləzgi” məscidi FOTO
5 Nurçuluq - kürdlərin azadlıq mübarizəsi ARAŞDIRMA
6 Nurçuların təhsil SİYASƏTİ
7 Rusiyanın sonrakı hədəfi haradır? ŞƏRH
8 “Rusiya indi öz hayındadır, Qarabağı düşünmür” - VƏFA QULUZADƏ
9 Fazil Mustafa: “Nazirliklər bilməlidir ki, dövlət 24 saat işləyir”
10 YAP boş mandatlara seçki keçirilməsinə ehtiyac duymur

Müsahibimiz

bütün xəbərlər

Eksklüziv

bütün xəbərlər

Hafta.az-ın obyektivi

bütün xəbərlər

Köhnə Bakı

bütün xəbərlər

Özünütənqid

bütün xəbərlər

Hafta.az-VIDEO

bütün xəbərlər

Hafta.az-ın debatı

bütün xəbərlər
Layihənin adı:"İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"
İnternet reklamının gələcək perspektivləri
İKT texnologiyası taksafonları da müasirləşdirib
bütün xəbərlər

Bu sayımız

Araşdırma

bütün xəbərlər

Reportaj

bütün xəbərlər

Həftə-Reytinq

bütün xəbərlər

Dəyirman

bütün xəbərlər

7 ogul istərəm

bütün xəbərlər

Qoroskop

Arxiv

Valyuta məzənnələri

18.04.2014
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.4383
KWD 1 Küveyt dinarı 2.7641
CHF 1 İsveçrə frankı 0.8338
GEL 1 Gürcü larisi 0.4732
GBP 1 İngilis funt sterlinqi 1.1884
SEK 1 İsveç kronu 0.1231
EUR 1 Avro 1.0252
USD 1 ABŞ dolları 0.7850
IRR 100 İran rialı 0.0064
© Copyright 2002-2012 Həftə içi
Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
Tel.: Baş redaktor 502-58-17, ümumi şöbə 502-58-15 Fax: 502-58-17
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info